Kaspi - Yıldız
Əlaqə Sayt xəritəsi İngiliscə Rusca
Şirkətimizin Tarixcəsi

“Kaspi-Yıldız” Azər-Türk MM-nin əsası 1996-cı ildə qoyulub. “Kaspi-Yıldız” Azər-Türk MM-si yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.

Həmçinin yuxarıdakı fəaliyyətlərə görə “Kaspi-Yıldız” Azər-Türk MM-si Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malikdir. Müəssisəmiz Azərbaycanda fəaliyyət göstərən bir çox qurumlarla sıx əməkdaşlıq edir. Artıq istehsal etdiyimiz məhsullar Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstan bazarlarında öz yerini tapmışdır.

İstehsal etdiyimiz mallara Azərbaycanda ilk dəfə olaraq 1999-cu ildə Avropa Standartlarına layiq görülmüşdür. TSE-İSO-EN 9001:2000 və eyni zamanda Azərbaycan Respublikası Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən uyğunluq sertifikatı ilə təmin olunmuşdur. Şirkətin fəaliyyəti yalnız yanğın və mühafizə siqnalizasiyasının quraşdırılması ilə deyil, həmçinin keyfiyyətli görüntüsü ilə seçilən yanğın və mühafizə kameralarının quraşdırılmasıyla öz müştərilərinə xidmət göstərir.

“Kaspi-Yıldız” Azər-Türk MM-si evinizdə və avtomobilinizdə yarana biləcək yanğınların lokal şəkildə, müxtəlif növ yanğınsöndürmə cihazlarından istifadə edərək qarşısının alınmasını məsləhət görür. Beləliklə, “Kaspi-Yıldız” Azər-Türk MM-nin xidmətlərindən yararlanan zaman, Siz rahatlığınızı və sağlamlığınızı təmin etmiş olursunuz, çünki bizim şirkətimizin əsas məqsədi Sizin təhlükəsiz həyatınızın keşiyində durmaqdır!

Bütün hüquqlar qorunur. Kaspi - Yıldız © 2010  Kaspi - Yıldız