Tərəzilər

Siz danışır, biz isə nitqiniz bitmədən eyni zamanda tərcümə edirik. Bu proses kənardan asan görünsə də, dillərin qrammatik fərqliliyini nəzərə alsaq, danışanın ifadə etdiyi cümlə bitmədən tərcüməçinin onu tərcümə edə bilməsi öz-özlüyündə xüsusi istedad tələb edən bir prosesdir. Saniyələr ərzində tərcüməçi səsləndirilən fikirlər içərisində açar sözləri anidən təhlil etməklə, fikri tərcümə etməyə başlayır. Sinxron tərcümə xidməti müxtəlif istiqamətli tədbirlərdə xüsusi avadanlıqlarla təchiz olunmuş kabinələrdə həyata keçirilir. Xidmətin icrası zamanı hər hansı bir kənarlaşmaya yol verməmək üçün tərcüməçilər tədbir öncəsi məlumatlandırılır və ya onlara tədbir haqqında yazılı məlumat təqdim olunur.

 

Biz bu işi necə görürük?

 

Məlumat alırıq

Təşkil olunacaq tədbiriniz haqqında məlumat təqdim etməyiniz kifayətdir ki, həmin tədbir üçün nəzərdə tutulan texniki vasitələri və tərcüməçi heyətini müəyyən edək. Biz bu prosesi cəmisi bir iş günü ərzində tamamlamaq təcrübəsinə malikik.

 

 

Tərcüməçini seçirik

Biz hansı tərcüməçinin nəyə qadir olduğunu yaxşı bilirik. Ona görə də sizin üçün tədbirinizə uyğun gələn peşəkar tərcüməçiləri seçir və təlimatlandırırıq. Səsləndirilən fikirləri bütün mənaları ilə tərcümə edəcəyimizə əmin ola bilərsiniz.

 

Görüşdürürük

Mümkün olduğu hallarda, çıxış edəcək şəxslər ilə tərcüməçiləri tədbir öncəsi görüşdürürük. Bu addım həm tanış olma, həm də  danışıq sürətini yoxlamaq məqsədi daşıyır. Əsas məsələ  - hər iki tərəfin tədbir öncəsi bir-biri ilə yaranan ruh və fikir bağlılığına nail olmaqdır.

 

Yoxlayırıq

Tərcümə prosesinin kəsintisiz olması və texniki problemlərin qarşısını almaq üçün tədbirdə istifadə olunacaq bütün cihazları test edirik. Tədbir zamanı yarana biləcək texniki nasazlığı operativ olaraq aradan qaldırmaq üçün ehtiyat cihazlar saxlayırıq.

 

Sinxron tərcümə zamanı ERA-nın üstünlükləri :

 

Təcrübə

Tədbirinizi yarıda qoymayacaq qədər təcrübəyə sahibik. Kabinədə oturduğumuz üçün tədbirlərdə bizi görməsəniz də, biz sizin işinizi layiqincə həyata keçiririk.

 

Texniki köməkçi

Bəzən, tərcüməçilər tədbir keçiriləcəyi məkandakı yeri, səhnəni və orada baş verənləri görə bilmirlər. Belə olduğu hallarda, tədbirdə keçidlərarası gözləmələr əmələ gəlir. Biz belə halların  qarşısını almaq üçün sahəyə xüsusi texniki əməkdaş da təyin edirik.

 

 

Yazılı rəy alırıq

Tədbirdən sonra biz müştəriyə xidmətlərimiz zamanı nəyi bəyənib, nəyi bəyənməməsinə dair yazılı sorğu vərəqəsi təqdim edirik. Verilən şərh və cavablar əsasında fəaliyyətimizi daha effektiv və düzgün təşkil etməyə çalışırıq. Bu forma bizim işimizə nə qədər məsuliyyətli və detallı yanaşdığımızın göstəricisidir.

 

Şifahi rəy alırıq

Tədbirlərdə fasilə vaxtı xüsusi əməkdaşımızın dəstəyi ilə həm spikerlər, həm də qonaqlardan yerindəcə rəy almağa çalışırıq. Bu növbəti mərhələdə işimizi daha da təkmilləşdirmək üçün çox zəruridir.

Partnyorlar