Beton zavodlar
Deyilənləri ardıcıl olaraq tərcümə etmək, onları ani olaraq qavramaqla qarşı tərəfə onun dilində eyni sürətlə, anlaşıqlı şəkildə çatdırmaq məharətini tələb edir. Tərcümə zamanı fikri səsləndirən şəxslə eyni dalğanı tutmaq, eyni vaxtda fasilə vermək və onun verdiyi sualları da eyni ahəng və vurğu ilə əks etdirmək tərcüməçilər üçün qızıl qaydaların müddəalarından biridir. ERA tərəfindən gözləntilərinizi tam əminliklə təmin edə biləcək ardıcıl tərcüməçilər bu səriştə və bacarıqları mənimsəmiş peşəkarlardırlar.
Hansı istiqamətlər üzrə ardıcıl tərcümə edə bilirik?
İqtisadiyyat və onun əlaqəli sahələri;
Kənd təsərrüfatı;
Maliyyə və qiymətli kağızlar bazarı;
İnformasiya Texnologiyaları;
Neft-qaz və energetika;
Ədliyyə, hüquq-mühafizə və məhkəmə sistemi;
Səhiyyə və baytarlıq;
Ekologiya;
Sənaye sahələri;
Turizm və hotelçilik.
Ardıcıl tərcümə zamanı ERA-nın üstünlükləri
Təcrübə
Ardıcıl tərcümə xidməti üzrə əldə etdiyimiz çoxillik təcrübə bu xidmətin bütün proseslərini ardıcıl olaraq doğru şəkildə icra etməyə imkan verir. Sizdən nəzərdə tutulan tədbirlə bağlı müvafiq təlimat almağımız işimizi keyfiyyətli icra etmək üçün kifayət edir.
B Planı
ERA yarana biləcək bütün fors-major halları nəzərə alır və hər bir tədbir üçün əvəzedici ardıcıl tərcüməçini ehtiyatda saxlayır. Bu işimizə və tədbirinizə verdiyimiz dəyərin bir hissəsidir.
Yanınızda oluruq
Statistika göstərir ki, auditoriya qarşısında çıxış edən insanların 65%-i çıxış zamanı həyəcan səbəbi ilə əsas açar sözləri unudur və ya fikri çatdırmaqda çətinlik çəkir. Keçiriləcək tədbirin mövzusu ilə qabaqcadan hərtərəfli məlumatlı olmağımız tədbirinizi bu kimi xoşagəlməz hallardan qoruyacaq.
Təəssüratınıza şərik oluruq
Biz işimizi icra edərkən, siz bizi kənardan müşahidə edə bilirsiniz. Odur ki, prosesin sonunda işimizi daha da təkmilləşdirmək məqsədilə tədbir zamanı tərcümənin keyfiyyəti ilə bağlı rəylərinizi əldə edirik.