Əlaqə Sayt xəritəsi İngiliscə Rusca
Fəaliyyət sahələrimiz

Kərpic zavodu

Lerik kərpic zavodu

Kərpic keçmiş zamanlardan - X-XII əsrlərdə mövcud olub və tikinti materialı kimi geniş yayılıb. Orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.

“Kaspi-Yıldız” respublika ərazisində geniş miqyaslı inşaat-tikinti işləri aparır və təbii ki, bu əvəzolunmaz inşaat materialının əsas istehlakçılarından biridir. “Kaspi-Yıldız”ın öz fəaliyyətində geniş yer ayırdığı sahələrdən biri də kərpic sahəsidir.

Bu səbəbdən də “Kaspi-Yıldız” rəhbərliyi kərpic istehsalı sahəsində işlərə başlanılması ilə bağlı qərar qəbul edib, bunu qısa müddət ərzində həyata keçirib. Bu zavod Lerik rayonun Piran kəndinin ərazisində fəaliyyət göstərir. Hazırda müəssisənin müasir texnoloji bazası, təcrübəli işci kollektivi burada yüksək standartlara cavab verən keyfiyyətli məhsul istehsal etməyə şərait yaradır. Bundan başqa, zavodda kərpic istehsalının bütün texnoloji parametrlərini nəzarətdə saxlamaq üçün laboratoriya da fəaliyyət göstərir. Laboratoriya vasitəsi ilə həm texnoloji prosesə, həm də istehsal edilən məhsulun keyfiyyətinə nəzarət olunur.

Hazırda aşağıda qeyd olunmuş məhsullar istehsal olunur.

Kərpic istehsalı 24 sm x 11 sm x 5,5 sm,
Blok iri: 28 sm x 18,5 sm x 12,5 sm,
Blok xırda: 17 sm x 17 sm x 8 sm və s.

Bütün hüquqlar qorunur. Kaspi - Yıldız © 2010  Kaspi - Yıldız