Contacts Map of site Azerbaijani Russian
Fəaliyyət sahələrimiz

Təhlükəsizlik sistemləri - Siqnalizasiya sistemləri

1. Yanğın siqnalizasiyası

Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sisemlərinin işə salınmasıdır. Yanğın siqnalizasiyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir. Yanğın mühafizə siqnalızasiyası isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması) həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması aşağıdakılara əsaslanır:

  • avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri
  • manual yanğın xəbərvericiləri
  • avtomatik və manual yanğın xəbərvericiləri

2. Yanğın siqnalizasiyasının əsas elementləri aşağıda göstərilənlərdir:

  • Yanğından mühafizə - xəbərvericiləri
  • Mühafizə - siqnalizasiya
  • Kamera-nəzarət sistemlərinin quraşdırılması və internet vasitəsi ilə nəzarət edilməsi.
  • Audio-video damafon sistemləri
  • Istənilən ölçülü qapı və darvazaların pultlaşdırılması
  • Qəbul-nəzarət cihazları
  • İdarəetmə cihazları
  • Xəbərvericilər
  • Məlumatların ötürülməsi sistemi
  • Retroötürücülər
  • Axırıncı pult cıhazları

Ünvanlı  yanğın siqnalizasiya sistemi yanğın siqnalizasiyasının texniki vasitələrinin toplusunu təşkil edir və yanğın zamanı ünvanlı qəbul nəzarət cihazında otaqları mühafizə edən avtomatik və manual ünvanlı yanğın xəbərvericiləri vasitəsilə “Yanğın” siqnalının avtomatik və ya manual şəkildə işə salınmasını təmin edir. 

3. Mühafizə siqnalizasıyası

“Kaspi-Yıldız” obyektlərin kompleks mühafizəsi sisteminin yaradılmasınadək istənilən mürəkkəblik səviyyəsinə malik texniki təhlükəsizlik vasitələrinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir. Obyektlərin effektiv mühafizəsi üçün “Kaspi-Yıldız” müasir təhlükəsizlik sistemlərini layihələndirir və tətbiq edir:

  • videomüşahidə sistemləri
  • girişə nəzarət sistemləri
  • mühafizə siqnalizasiyası
  • perimetrin mühafizəsi sistemləri
  • məlumatlandırma sistemləri
  • avtomatik yanğın siqnalizasiyası
Tam surətdə inteqrasiya olunmuş proqram-aparat kompleksləri istehsalat binalarının, bankların, ofis sahələrinin, məhsul anbarlarının və s. etibarlı mühafizəsini təmin edir. “Kaspi-Yıldız” təhlükəsizlik sistemlərinin yaradılmasının bütün mərhələlərini təmin edir:
  • təhlükəsizliyin planlaşdırılması, ehtimal olunan təhlükələrin və onların qarşısının alınması üzrə müvafiq üsulların təhlili
  • sistemlərin layihələndirilməsi
  • avadanlıqların quraşdırılması

quraşdırılmış avadanlıqlarına zəmanətli və zəmanətdən sonra xidmət göstərilməsi

Layihələndirmə xidmətləri

Dövlət və  qeyri-dövlət tikililərinin, inzibati və yaşayış binalarının layihələrinin oxunması, layihəsi olmayan tikililərin ölçülərək  yanğın söndürmə cihazlarının növünün və yanğın təhlükəsizliyi avadanlığının obyektin yanğın və partlayış kriteriyalarına görə plan-layihələrinin hazırlanmasını təmin edir. Həmin layihələr əsasında “СниП” (normaları və qaydalarına) uyğun olaraq aşağıda göstərilən xidmətlər üçün layihə smetalarının hazırlanması, qiymət təkliflərinin və işçi smetalarının hazırlanmasını həyata keçirir.

  • ünvanlı, analoqlu yanğından mühafizə siqnalizasiya sistemləri
  • səsli xəbərvermə sistemləri
  • audio, video domofon sistemleri
  • sulu, köpüklü və qazlı avtomatik yanğın söndürmə sistemləri
  • təhlükəsizlik və mühafizə siqnalizasiya sistemləri
  • kamera nəzarət sistemləri
  • tüstüsovurma və havalandırma sistemləri
  • kart nəzarət və turniket sistemləri

Girişə nəzarət sistemləri

(Daxil olmağın Məhdudlaşdırılması Sistemi- DMS)

Müasir də təhlükəsizlik və mühafizə sistemlərinin tərkib hissəsi video müşahidə, yanğın mühafizə siqnalizasiyası, audio domofon və intercom sistemləri, qəza-yanğın xəbərdarlıq sistemlərindən başqa həmçinin Girişə Nəzarət sistemləridir.

Girişə nəzarət sistemləri qəliz və çox planlı elektron sistemlərdir. Mexaniki kilidli adi qapılar və ya keşikçili mexaniki turniketlər də girişə nəzarət sistemlərinə aid edilə bilər, lakin hər qapıda keşikçinin olması mümkün olmur. Bu zaman köməyə girişə nəzarət sistemləri gəlirlər ki, onlar əsasən mühafizə olunan zonalara və otaqlara icazəli və təyinatlı girişləri mümkün edir. Müasir DMS-nin inkişafının əsas istiqaməti, onların intelektualizasiyası, yəni toplamda mümkün maksimum dərəcədə funksiyaların ötürülməsi, məlumatların emalı və həllərin kompyuterlər və DMS-nin mexanki vasitələri ilə tapılmasıdır. Eyni zamanda mexaniki vasitələr mühafizəçiləri obyektdə baş verənlər haqqında daha geniş və dəqiq məlumatlandırılmalarına imkan verir, bu da operativ həllərin səhvsiz və vaxtında həyata keçirilməsinə imkan yaradır. Nəticədə, müasir DMS dedikdə, proqramlaşmış texniki vasitələr və təşkilati metodik tədbirlər başa düşülür ki, onların vasitəsilə nəzarət məsələsi və ayrı ayrı otaqlara girişlərin idarə olunması və hətta işçi heyətin obyektin hər hansı sahələrində olmaları və müddəti ilə bağlı məsələlər öz həllərini tapırlar. Bu zaman işçi heyətin onların vəzifə borclarıyla əlaqəli olmayan otaqlara giriş-çıxışları nəzarət altına keçir və məhdudlaşdırılır.

Hal hazırda avtomatik giriçə nəzarət sistemlərindən müxtəlif təyinatlı müəssisələrdə geniş istifadə edilir: ofislər, banklar, mağazalar və istehsalat sahələrində. Girişə nəzarət sistemlərinin ən sadə vasitələri şifrəli panellər və avtonom hesab kartlarıdırlar. Girişə nəzarət sistemlərinin icraçı vasitələri kimi müxtəlif növlü elektrik kilidlər, turniketlər və avtomatik qapılardan istifadə edilə bilər. Daxil olan obyekt sadəcə insan deyil, həmçinin içərisində xüsusi cihaz quraşdırılan avtomobil də ola bilər. Girişə nəzarət sistemlərinin bəzi vasitələri aşağıda göstərilmişdir:

  • şifrəli klaviatura
  • ştrix-şifrə
  • elektron açar
  • maqnit kartlar
  • Weigand kartları
  • kontaktsız Proximity kart və ya brelokları
  • radiokanal
  • İQ breloklar
  • smart-kartlar
  • müəyyən edən biometrik sistem

Şəbəkə nəzarət sistemlərinin yuxarıda qeyd edilənlərdən əsas fərqi ondadır ki, onlar vasitəsilə istifadəçi üçün giriş nəzarət sistemlərinin funksiyalarının həyata keçməsi daha asan olur. Və bu zaman yalnız bir istifadəçi deyil, hətta mühafizə sisteminin rəisi və ya növbətçi operator DMS-dən dərhal əməkdaşların gəlmələri və getmələri haqqında məlumatları əldə edə bilir. Və yalnız onlar deyil, həmçinin şirkət rəhbərliyi və ya mühasibatlıq müntəzəm olaraq, hər iş ayının sonunda DMS-dən hər əməkdaş haqqında məlumat vərəqəsi əldə edir. Şəbəkə nəzarət sistemlərinin vasitələri avtonom kontrollerlər, şəbəkə kontrollerləri və kombinə edilmiş kontrollerlərdirlər.

 

All rights reserved. Caspi - Yildiz © 2010  Caspi - Yildiz