Fəaliyyət sahələrimiz |
|
Qaz xətlərinin çəkilişi
“Kaspi-Yıldız” Şirkəti eyni zamanda respublikamızın şəhər və rayonlarında qazlaşdırma işlərini həyata keçirdir. Bu işdə “Qaynaqçıların attestasiya edilməsi qaydası”na uyğun olaraq attestasiya olunmuş qaz kəmərlərində qaynaq işlərinin görülməsinə buraxılması barədə xüsusi vəsiqəsi olan qaynaqçılar işləyirlər. Qaynaqçılar xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təchiz olunmuşdur. Yüksək səviyyəli kadrlarımızın hesabına 2010-cu il ərzində respublikamızın 7-dən çox rayonlarında qaz xətləri çəkilmişdir.
Qaz xətlərinin çəkilməsi zamanı Φ 32 mm – Φ 400 mm-li polietilen turbalardan və Φ15 mm – Φ 530 mm polad turbalardan istifadə olunur.
Birgə fəaliyyət göstərdiyimiz şirkətlər “Metak”, “NJT-2000”, “STP”, “Волгоградский завод труб малого диаметра” və digər müəssisələrdir.
Şirkətimiz Türkiyənin “Yıldız Plastik” şirkətinin Azərbaycandakı rəsmi distributoru olmaqla yanaşı bu firmanın qaz və su çəkilişləri zamanı istifadə olunan istənilən ölçüdə fitinq və aksessuarların satışını həyata keçirdir.
|
|
Авторские права защищены. Каспи - Йылдыз© 2010 Каспи - Йылдыз